Xəbər - Samir Əli – Trend:
Ramanada ustanı cərəyan vurub öldürüb.
Sabunçu rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.