Raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib (VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı
planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya
bölmələrində yaylım atəşli reaktiv sistemlərdən atəş tapşırıqları
yerinə yetirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, plana əsasən atəş dəstəyi həyata keçirəcək
bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına
çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə heyətlər şərti
düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi
üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə
yetiriblər.

Təlimin keçirilməsində əsas məqsəd Vətən müharibəsində əldə
edilən təcrübə nəzərə alınmaqla raket və artilleriya bölmələrinin
idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların
bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları zamanı
fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə
qarşılıqlı əlaqənin təşkilidir.

Teqlər: