Rusiya ordusu S-300 zenit-raket sistemlərindən kütləvi şəkildə istifadə etməyə başlayıb.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, Rusiyadan Ukrayna istiqamətinə 15 ədəd S-300 zenit-raket sistemi göndərilib.
“S-300 sistemlərinin effektlivliyi taktiki raket kompleksləri ilə çox aşağıdır. Amma “Toçka-U” və “İsgəndər” raketlərinin çatışmazlığı fonunda bu sistemlər rus ordusunun əsas uzaqvuran raketlərinə çevrilir”, – Kovalenko bildirib.