Rafiq Hüseynovun həyat yoldaşı Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

AzerTimes-a açıqlamasında Güllü Hüseynova qeyd edib ki, R.Hüseynov hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir:

“Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, Rəmişin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm”.

Teqlər: