Rafael Nadal 14-cü dəfə çempion oldu

Rafael Nadal 14-cü dəfə çempion oldu

İspaniyalı tennisçi Rafael Nadal on dördüncü dəfə Roland Garros (Fransa açıq çempionatı) turnirinin qalibi olub.

AzerTimes xəbər verir ki, turnirin favoriti sayılan Rafael Nadal finalda norveçli rəqibi Kasper Ruud üzərində inamlı qələbə qazanıb – 6:3, 6:3, 6:1. Bu, ispan tennisçinin “Böyük dəbilqə” seriyasından iyirmi ikinci, o cümlədən Roland Garros turnirində on dördüncü qələbəsidir. O, iki dəfə Australian Open, iki dəfə Uimbildon, dörd dəfə isə US Open turnirində qalib gəlib.

Otuz altı yaşlı Rafael Nadal “Böyük dəbilqə” turnirlərində qazandığı qələbələrin sayına görə dünya rekordçusudur.

Teqlər: