Məşhur aktyor Rafael İsgəndərov şəhid dostu Müşfiq Abbasovla son görüşündən bəhs edib.
AzerTimes xəbər verir ki, sənətçi bu barədə Baku Tv-yə danışıb.
“Müharibəyə getməmişdən bir həftə əvvəl bizə gəldi. Oturduq, söhbət etdik. Döyüşlərə qatılacağını söylədi. Dedim ki, Müşfiq, sənin 50 yaşın var, vicdanın, Vətən qarşısında təmizsən, bəlkə getməyəsən. O da “Mənim 50 yaşım var, onun 18 ilini Ağdamda yaşamışam, 2 ilini Rusiyada keçirmişəm. Qalan 30 ilini isə mən yaşamamışam” dedi”, – deyə aktyor bildirib.
Qeyd edək ki, iki oğlu ilə könüllü olaraq döyüşlərə qatılan və şəhidlik zirvəsinə ucalan, Birinci Qarabağ savaşında da iştirak etmiş Müşfiq Abbasov Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamları ilə M. Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.