Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev növbəti görüşünü hansı rəqibə qarşı keçirmək istədiyini açıqlayıb.
AzerTimes Report-a istinadla xəbər verir ki, 29 yaşlı idmançı mətbuat konfransında ABŞ təmsilçisi Castin Geyci ilə döyüşmək niyyətində olduğunu bildirib.
“UFC Vegas 58” turnirində braziliyalı Rafael dus Anyusa qalib gələn Fiziyev Geycini duelə çağırıb: “Geyci, başqa sarışınla üz-üzə gəlmək istəyirsənsə, aramızda kimin ən yaxşı olduğunu öyrənək. Bu, hər ikimiz üçün yaxşı mübarizədir. Hazırsansa, qorxmursansa və boş-boş danışmayacaqsansa, getdik”.
“Ataman” ləqəbi ilə tanınan UFC döyüşçüsü ABŞ idmançısının təhlükəli rəqib olduğunu söyləyib: “Ceyci ciddi çağırışdır. Onun məni nokauta salmaq şansları çoxdur. Amma mən də bunu edə bilərəm. Nə olursa olsun, bu, azarkeşlər üçün yaxşı mübarizə olacaq”.
Qeyd edək ki, Rafael dus Anyusu məğlub edən Rafael Fiziyev UFC-də ardıcıl 6-cı qələbəsini qazanıb.