Karatenin “Qara brilyantı”, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Niger Respublikasında su quyusu qazdırıb.
AzerTimes xəbər verir ki, o, bulağa rəhmətə gedən anası Umnisə Ağayevanın adını verib.
Qeyd edək ki, səhra və yarımsəhra iqlimində yerləşən Nigerdə kəskin su qıtlığı var. Rafaelin bu təşəbbüsü yerli əhali tərəfindən böyük sevinclə qarşılanıb.