Radio yayımçısı lisenziyası üçün bu kanallar müraciət etdi

Radio yayımçısı lisenziyası üçün bu kanallar müraciət etdi

Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilən müsabiqə başa çatıb.

Azərbaycan Audiovizual Şurasından AzerTimes-a verilən məlumata görə, Şuranın 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib:

“Sağlam Media” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Sağlam Radio”)

“Orion Sky” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Həyat FM”)

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.

Teqlər: