Radev: Bu, Azərbaycandan ilk dəfə qaz almağa imkan verəcək!

Radev: Bu, Azərbaycandan ilk dəfə qaz almağa imkan verəcək!

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) Bolqarıstana ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək.

AzerTimes xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sabah – oktyabrın 1-də rəsmi olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı qeyd ediləcək:

“Həmin interkonnektor – bu strateji layihə həm bizim ölkə, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor bizə ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu, elə bir infrastruktur layihəsidir ki, təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcək. Həmin bu layihə vasitəsilə biz strateji tərəfdaşlığımızı bir daha təsdiq edirik. Mən cənab Əliyevə təşəkkür edirəm ki, biz bu məsələyə sadiqlik və əzm sayəsində, vaxtilə imzaladığımız strateji tərəfdaşlıq haqqında Bəyannamə əsasında bu gün münasibətlərimizi inkişaf etdiririk”.