Rabitəbank məsafədən elektron bankçılıq xidmətlərinə üstünlük verən müştəriləri üçün İnternet Bankçılıq məhsulunu yenilədi!
Belə ki, geniş imkanlara malik İB-də daha funksional və sürətli yeniliklər istifadəyə verildi. Artıq Azərbaycanda ilk dəfə olaraq QR kod vasitəsilə səfirlik, tələb olunan yer və digər müəssisələr üçün balans, dövriyyə arayışlarını onlayn qaydada İB-dən ala bilərsiniz. Artıq hüquqi şəxslər və fərdi sahibkarların qarantiya almaq üçün filiala gəlmələrinə ehtiyac qalmadı. İB vasitəsilə olduğunuz yerdəcə qarantiya məktubu əldə edə bilərsiniz. Yeniliklər bununla yekunlaşmır: artıq İnternet Bankçılıq sayəsində alınmalı və dondurulmalı sərəncamların ödənilməsini bir neçə kliklə həyata keçirə bilərsiniz. Bundan başqa əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarının sifarişi, habelə işçilərinin əməkhaqqı ödənişlərini də saniyələr içərisində İB-də tamamlaya biləcəksiniz!
Daha ətraflı məlumat və İnternet Bankçılıq səhifəsinə daxil olmaq üçün http://rbt.az/ib – linkinə keçid edə bilərsiniz. Bankın bu və digər yenilikləri haqqında məlumatları əldə etmək üçün 133 nömrəli Çağrı Mərkəzi xidmətinizdədir.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.