Rabitəbankda illik 15% ilə nağd pul kreditinə yaşıl işıq!

Rabitəbank ənənəvi yaz endirimi kampaniyasını başladır. Yeni kampaniya çərçivəsində bank həm yeni, həm də daimi müştərilərinə planlarını gerçəkləşdirmək yolunda yaşıl işıq yandıracaq.

Rabitəbank maaşından və kreditin müddətindən asılı olmayaraq hər kəsə nağd pul kreditini illik cəmi 15% ilə təklif edir. Kreditin maksimal məbləği 20 000 AZN, müddəti isə 3 aydan 36 ayadək təşkil edəcək.

Hər kəs üçün əlçatan şərtləri və xüsusi güzəştləri əhatələyən kredit kampaniyası 12 apreldən start götürür. Bankda çox gözləməmək üçün nağd pul kreditini rbt.az/yasil-kredit saytından, eləcə də RabitaBot çatbotu və Rabita Mobile tətbiqindən sifariş edə bilərsiniz.

Onu da qeyd edək ki, artıq Rabitəbank filiallarına növbəni onlayn qaydada götürmək mümkündür. Bunun üçün rbt.az/novbe – linkinə keçid edərək sizə ən yaxın filialı və uyğun tarix-saatı seçərək qeyd etdiyiniz vaxtda filiala yaxınlaşmağınız kifayətdir.

Kampaniyanın son günü 12 maydır. Kampaniya və məhsullar haqqında ətraflı məlumat üçün 133 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Teqlər: