Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən “Rabitəbank” bu dəfə uşaq sığınacağında məskunlaşmış uşaqları öz diqqət və qayğısı ilə sevindirib.
Ötən ay Novruz bayramı münasibətilə elan edilmiş sosial kampaniya çərçivəsində aprel ayının ortalarınadək Kartmane debet kartının satışından əldə edilən gəlirin bir hissəsi uşaq sığınacağına sovqatların aparılması üçün ayrılıb. Toplanan vəsait hesabına uşaqlar üçün geyim, oyuncaqlar və sığınacaq üçün lazımi məişət texnikası alınaraq Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil verilib. “Rabitəbank”ın nümayəndələri sığınnacaqdakı uşaqları və kollektivi ziyarət edib, onlara müxtəlif hədiyyələr təqdim edərək sevinc hissi yaşadıblar.
Bank tərəfindən illərdir həyata keçirilən “Korporativ Sosial Məsuliyyət” proqramının məqsədi sosial təminatı zəif və kimsəsiz uşaqlara, həssas əhali qruplarına müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaq və təbəssümlərinin səbəbi olmaqdır.
“Rabitəbank” bu addımın timsalında xüsusən sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması məqsədilə təşəbbüskar aksiyalarını davam etdirəcək.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.