Rabitəbank şəhid ailələri və qazilərimizə Novruz sovqatlarının hazırlanması üçün 5000 AZN ianə etdi (FOTO)

Ötən ilkilərdən fərqli olaraq bu bayramı bütöv Azərbaycanda qeyd etməyimizin əsas səbəbkarları olan şəhid ailələri və ağır yaralı qazilərimiz üçün bayram sovqatlarının hazırlanması məqsədilə ilə Rabitəbank dəstək aksiyasına qoşuldu.

“YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə bayram sovqatlarının hazırlanması üçün Rabitəbank 5000 AZN ianə edib.

Layihə çərçivəsində Rabitəbankın da daxil olduğu tərəfdaş qurumların dəstəyi ilə hazırlanmış bayram sovqatlarının şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralı qazilərimizə çatdırılması nəzərdə tutulur.

Məqsəd bəhsi keçən kateqoriyaya aid vətəndaşlarımızın daima, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.


Rabitəbank bu addımın timsalında xüsusən sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması məqsədilə təşəbbüskar aksiyalarını davam etdirəcək.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Teqlər: