Qvineya hakimiyyəti rəsmi olaraq ölkənin cənub-şərqində Ebola xəstəliyi epidemiyasının başladığını elan edib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Guinee114” xəbər portalı hökumətin açıqlamasına istinadən bildirib.
Bildirilib ki, ölkə hökuməti Nzerekore prefekturası və Queke rayonunda Ebola virusunun səbəb olduğu xəstəliyin epidemiyasını elan edib:
“Səhiyyə nazirinin başçılıq etdiyi 14 fevral tarixli böhran iclasında epidemiyaya qarşı bir sıra tədbirlər həyata keçirilməsinə, o cümlədən Ebola xəstələri ilə təması olan hər kəsin müəyyənləşdirilməsinə və təcrid olunmasına qərar verildi”.
Portal qeyd edib ki, görüşün Ebola xəstələyin əlamətləri olan dörd ölən şəxsdən qan analizlərinin alınmasından sonra keçirilib.