Qvardiola matçdan sonra elə bil hala düşdü ki… – Video

Qvardiola matçdan sonra elə bil hala düşdü ki… – Video

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Feyenoord”la keçirilən oyundan (3:3) sonrakı görüntüsü ilə diqqət çəkib.

AzerTimes Qol.az-a istinadən xəbər verir ki, onun burnunun üstündə qanlı yara, alnında isə çoxlu qızartı olub.

Matçdan sonra keçirilən mətbuat konfransında Qvardiolaya burnundakı çapıqla bağlı sual ünvanlanıb. O isə matçın gedişində təəssüfləndiyi epizodların birində dırnağı ilə burnunu cızdığını bildirib.

“Feyenoord”la oyuna qədər bütün turnirlərdə ardıcıl 5 oyunda uduzan “Mançester Siti” ötən gecə keçirilən görüşdə qələbəyə çox yaxın olub. Komanda matçın gedişində 3:0 hesabı ilə öndə olsa da, Niderland klubu 3 qol vuraraq hesabı bərabərləşdirib.

Teqlər: