İngiltərənin “Mançester Siti” komandası baş məşqçisi Pep Qvardiola ilə müqavilə müddətini uzadıb.
AzerTimes xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniyalı mütəxəssis 2026-cı ilin yayınadək “şəhərlilər”ə rəhbərlik edəcək. Müqavilənin şərtlərinə görə, tərəflər arasındakı əməkdaşlıq növbəti mövsümün sonunda daha bir il artırıla bilər.
Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”nin baş məşqçisi postunda çalışır.