BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd ümumi razılaşmaların əldə olunmasına verdiyi töhfəyə görə Azərbaycanın COP29 sədrliyinə minnətdarlığını bildirib.
AzerTimes xəbər verir ki, o, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışı zamanı deyib.
“Mən Azərbaycan hökumətinə, COP29-un sədrliyinə, eləcə də COP28-ə və sədrlər üçlüyünə ümumi razılaşmalara nail olmaq üçün keçdiyimiz bütün çətin yola görə təşəkkür etmək istəyirəm”, – o bildirib.