Quterreşin bu fikirləri İsraili qəzəbləndirdi

Quterreşin bu fikirləri İsraili qəzəbləndirdi

HƏMAS-ın hücumlarının heç nədən baş vermədiyini etiraf etmək lazımdır.

AzerTimes xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Fələstin xalqı 56 ildir işğala məruz qalıb. Onlar öz torpaqlarının zorakılıqla davamlı şəkildə tükəndiyini gördülər: insanları didərgin salındı, evləri söküldü. Onların çətin vəziyyətlərinin siyasi həllinə ümidləri sönməkdədir”, – Quterreş bildirib.

İsrail BMT Baş katibinin bu açıqlamasından narazı qalıb. İsrailin BMT-dəki səfiri Gilad Erdan baş verənləri şok adlandırıb və baş katibin istefasını tələb edib:

“Uşaqların, qadınların və qocaların kütləvi şəkildə qətlə yetirilməsi kampaniyasına anlayış göstərən BMT-nin baş katibi bu quruma rəhbərlik etməyə layiq deyil. Mən onu dərhal istefaya çağırıram”.

Qeyd edək ki, İsrail xarici işlər naziri Əli Kohen Quterreşlə görüşdən imtina etmişdi.

Teqlər: