Quterreşdən Nigerdə baş verənlərə reaksiya

Quterreşdən Nigerdə baş verənlərə reaksiya

BMT-nin Baş katibi Antonio Quterreş Nigerdə baş verən son dövlət çevrilişini kəskin şəkildə pisləyib.

AzerTimes xəbər verir ki, bu barədə Quterreş Tvitter hesabında paylaşım edib.

“Mən Nigerdə 26 iyulda konstitusiyaya zidd elan edilən hökumət dəyişikliyini qətiyyətlə pisləyirəm. Həmçinin, ölkə Prezidenti Məhəmməd Bazum saxlanılıb. Mən onun təhlükəsizliyi və rifahı üçün narahatam”, – Quterreş bildirib.

Qeyd edək ki, bu gün Nigerdə hərbi çevriliş olub.

Teqlər: