Beynəlxalq ictimaiyyət Ukrayna və Qəzza zolağındakı münaqişələrdə BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun olan prinsiplərə əməl etməli, ikili standartlardan çəkinməlidir.
AzerTimes xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş AB-nin Brüsseldə keçirilən sammitinə gələrkən deyib.
“HƏMAS-ın 7 oktyabr (2023-cü il – red.) terror aktını pislədiyimiz kimi, indi gördüklərimizi də pisləyirik: Qəzzada misli görünməmiş sayda qurbanlar var. Biz həm Ukraynada, həm də Qəzzada ikili standartlar olmadan prinsiplərə əməl etməliyik”, – deyə o əlavə edib.
Quterreş, həmçinin qlobal çağırışlar üzrə BMT ilə sıx əməkdaşlığa görə AB-yə təşəkkür edib.
AB-nin dövlət və hökumət başçılarının iki günlük görüşünün əsas mövzusu Ukrayna və Yaxın Şərqdəki münaqişələr olacaq.