BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Rusiyanı dialoqa və gərginliyin qarşısını almağa çağırıb.
AzerTimes xəbər verir ki, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ-a məxsus PUA-nın Qara dənizdə Su-27 ilə toqquşması barədə danışarkən deyib.
“Bizdə dəqiq nə baş verdiyi barədə məlumat sıfırdır. Yeganə məlumat mediadandır. BMT Baş katibinin reaksiyası gözlədiyiniz kimi olacaq: o, dialoqa çağıracaq və hər hansı gərginlikdən qaçmağı tövsiyə edəcək”, – Düjarrik söyləyib.
Qeyd edək ki, dünən Rusiyaya məxsus Su-27 qırıcısının Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına çırpıldığı bildirilir. Nəticədə PUA dənizə düşüb.