Quterreş sərhəddəki vəziyyətdən narahatdır

Quterreş sərhəddəki vəziyyətdən narahatdır

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan-Ermənistan sərhədində vəziyyətin yenidən gərginləşməsindən narahatdır.

AzerTimes xəbər verir ki, bu barədə qurumun sözçüsü Stefan Düjarrik məlumat verib.

Onun sözlərinə görə, Baş katib tərəfləri gərginliyin azaldılması üçün addımlar atmağa, maksimum təmkin nümayiş etdirməyə və hər hansı həll olunmamış problemləri dialoq və mövcud formatlar çərçivəsində həll etməyə çağırır.

“O həmçinin tərəfləri əvvəllər əldə edilmiş razılaşmaları tam şəkildə yerinə yetirməyə çağırır. Baş katib regionda davam edən bütün vasitəçilik səylərini dəstəklədiyini bildirir”, – S.Düjarrik bildirib.

Teqlər: