BMT Baş katibi Antonio Quterreş Moskvaya səfər etməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
O bildirib ki, baş katibin hazırda belə bir planı yoxdur və o, Ukraynadan sonra Türkiyəyə səfər etməyi planlaşdırır.
Qeyd edək ki, Lvovda BMT baş katibi Türkiyə və Ukrayna prezidentləri ilə bir araya gələcək.