Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib.
AzerTimes xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Quterreşi Kazan Beynəlxalq Hava Limanında Tatarıstan Respublikası Dövlət Şurasının sədri Fərid Muhametşin qarşılayıb.
Qeyd edək ki, oktyabrın 22-dən 24-dək Kazanda BRİKS-ə üzv dövlətlərin liderlərinin XVI sammiti keçirilir.