BMT-nin Baş katibi Antonio Quterreş Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman əs-Sani ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
AzerTimes xəbər verir ki, bu barədə BMT-nin bəyanatında deyilir.
“Rəsmilər İsrailin Rəfahda genişmiqyaslı hərbi əməliyyatının fəlakətli olacağı və bunun qarşısının alınması barədə razılığa gəliblər”, – məlumatda qeyd olunub.