Noyabra qədər BMT Baş katibi Antonio Quterreşin Azərbaycana səfəri nəzərdə tutulmayıb.
AzerTimes xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Report-a açıqlamasında deyib.
Baş katibin Bakıya səfəri çərçivəsində Azərbaycanın Qarabağ bölgəsini ziyarət edəcəyinə dair hansısa planın olması barəsində suala cavab verən sözçü noyabr ayında bu məsələ barədə məlumat verilə biləcəyini deyib:
“Hələ iyul ayıdır, mən səyahət haqqında danışmayacağam. Ola bilər ki, bu, noyabra qədər baş verməyəcək”.
Qeyd edək ki, Quterreş COP29 konfransında iştirak etmək üçün Bakıya gələcəyini təsdiqləyib.