Quterreş Qabondakı çevriliş cəhdini pislədi

Quterreş Qabondakı çevriliş cəhdini pislədi

BMT Baş katibi Antonio Quterreş Qabonda dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib və bütün tərəfləri problemi sülh yolu ilə həll etməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib Qabondakı hadisələri diqqətlə izləyir”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, Quterreş bu prosesdəki bütün tərəfləri təmkinli olmağa, inklüziv və konstruktiv dialoqda iştirak etməyə, insan hüquqlarına və hüquq normalarına riayət olunmasını təmin etməyə çağırıb.

Qeyd edək ki, Qabonda hakimiyyəti ələ keçirən hərbçilər qvardiya komandanı, general Bris Oliq Nqemunu keçid dövrü üçün dövlət başçısı təyin edib.

Teqlər: