Quterreş İsrailə hücumları pislədi

Quterreş İsrailə hücumları pislədi

BMT Baş katibi Antonio Quterreş HƏMAS-ın İsrailə hücumunu pisləyib.

AzerTimes xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“BMT-nin baş katibi HƏMAS-ın İsrail şəhərlərinə hücumunu qətiyyətlə pisləyir”, – deyə Dujarrik bildirib.

Bundan əlavə, o qeyd edib ki, Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb.

Qeyd edək ki, HƏMAS “İslami-Cihad”la birgə bu gün İsrailə böyük hücum başladıb. Hücum zamanı xeyli mülki sakin öldürülüb, hərbçilərdən əsir götürülənlər var. İsrail ordusu cavab tədbirləri görür.

Teqlər: