Quterreş HƏMAS-ın hücumlarına haqq qazandırıb?

Quterreş HƏMAS-ın hücumlarına haqq qazandırıb?

Təhlükəsizlik Şurasında verdiyim bəzi bəyanatların yanlış şərh edilməsi məni şoka saldı.

AzerTimes xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

“Guya HƏMAS-ın İsraildəki terror aktlarına haqq qazandırmışam. Bu, belə deyil. Bu, mənim mövqeyimin əksinədir”, – Quterreş vurğulayıb.

Qeyd edək ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Quterreşi istefaya çağırıb.

Teqlər: