Yaxın Şərqdə gərginliyin qarşısının alınması və digər ölkələrə keçməsini əngəlləmək üçün bölgə liderləri ilə əlaqə saxlayırıq.
AzerTimes xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.
“Mən bu terror təşkilatlarına hücumları dərhal dayandırmaq və bütün girovları azad etmək çağırışımı təkrar edirəm. BMT-nin xüsusi koordinatoru və mən bölgədə davam edən vəziyyətdən ciddi narahatıq. Bütün tərəfləri danışıqlar yolu ilə əldə edilmiş sülhə riayət etməyə çağırıram”, – Quterreş qeyd edib.