Quterreş Abdullahianla Qırmızı dənizi müzakirə etdi

Quterreş Abdullahianla Qırmızı dənizi müzakirə etdi

BMT Baş katibi Antonio Qterreşlə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Telefon danışığı zamanı tərəflər Yaxın Şərq və Qırmızı dənizdəki vəziyyəti müzakirə ediblər. Qırmızı dənizdəki vəziyyətlə bağlı baş katib bir daha bütün tərəfləri gərginliyin daha da artmasına yol verməməyə və BMT Təhlükəsizlik Şurasının 2722 saylı qətnaməsinin müddəalarını tam şəkildə yerinə yetirməyə çağırıb”, – Düjarrik bildirib.

Qeyd edək ki, yanvarın 10-da BMT Təhlükəsizlik Şurası Qırmızı dənizdə naviqasiya təhlükəsizliyinə dair qətnamə qəbul edərək, gəmilərə hücumların dərhal dayandırılmasını tələb etmişdi.

Teqlər: