Xəbər - Fərid Zöhrabov – Trend:
Qusar rayonunun Çətkün kənd ibtidai məktəbində cəmi bir şagird
təhsil alır.
Trend AZƏRTAC-a istinadən xəbər verir ki, məktəbin kollektivi üç
nəfərdən – direktor, bir müəllim və bir şagirddən ibarətdir.
Məktəbdə təhsil alan Nadim Alxasov 3-cü sinifdə oxuyur. Onun
anası Lalə Alxasova, eyni zamanda, onun müəlliməsidir.
Ötən tədris ilində məktəbdə 10 şagird təhsil alıb. Onlardan
bəziləri ibtidai təhsilini başa vurub. Digər şagirdlər qonşuluqdakı
Cağar kənd ümumi orta məktəbində təhsillərini davam etdirirlər.
Çətkün kəndi dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, Qusarın
rayon mərkəzindən 26 kilometr məsafədə yerləşir. Kənddə 200
nəfərədək əhali yaşayır.
Çətkün məktəbinin yeganə şagirdi olan Nadim Alxasov əlaçıdır. O,
sinif yoldaşları üçün darıxdığını söyləyir. Doqquz yaşlı Nadim
böyüyəndə polis olmaq istəyir.
Müəllimə Lalə Alxasova şagird sayından aslı olmayaraq, tədrisin
təyin olunmuş proqramı üzrə aparıldığını deyib.
Məktəbin direktoru Abdulxalid Məcidov bildirib ki, Çətkün
kəndində növbəti tədris ili üçün məktəbə gələcək 8 uşaq qeydiyyata
alınıb.