Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.
Bu barədə AzerTimes Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Rayonun Şirvanlı kəndində bələdiyyəyə aid ərazidə 3 ha biçilmiş taxıl sahəsi və Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.