Oktyabrın 28-də saat 19 radələrində Qusar rayon sakini 1987-ci il təvəllüdlü Eldarov Ramiz Xeyirbəyoviçin çoxsaylı bıçaq xəsarətləri yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Qusar rayon prokurorluğundan AzerTimes-a bildirilib ki, istintaqla zərərçəkmişin tanışı 2002-ci il təvəllüdlü Qocayev Amil Nəcmuddin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Ramiz Eldarovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Amil Qocayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.