Xəbər - Ceyhun Ələbkərov – Trend:
Qusar rayonuna qar daha çox dağlıq ərazilərə düşüb.
Bu barədə AzerTimes-a Qusar rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, qarın yağması rayon üzrə heç bir fəsadlar yaratmayıb:
“Son iki gündə Qusarın dağlıq ərazilərində müşahidə olunan şaxtalı-yağışlı hava şəraiti ötən gün qara çevrilib. Qar daha çox Şahdağ milli park və Yerği Kek kəndi ərazisinə düşüb. Bu ay üçün əlbəttə qeyri-adi hadisə kimi qeydə alınsa da, xoşbəxtlikdən heç bir fəsad törətməyib”.
Qeyd edək ki, hazırda rayon üzrə günəşli hava müşahidə olunur.