Qusarda polis bıçaqlandı

Qusarda polis bıçaqlandı

Qusarda polis əməkdaşı bıçaqlanıb.

Rayon polis şöbəsinin Həzrə bölməsinin əməkdaşı, 36 yaşlı Həmidulla Müzafəddin oğlu Qayıtmazov öz həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı polis saat 23:30 radələrində qarın boşluğunda xəsarətlə xəstəxanaya aparılıb.

Hazırda polis əməkdaşı reanimasiya şöbəsində əməliyyat olunur. Qusar Rayon Prokurorluğunda faktın araşdırılmasına başlanıb. Hüquq – mühafizə orqanları hadisə yerindədir.