Qusarda pirotexniki vasitələrin satışının qarşısı alındı

Qusarda pirotexniki vasitələrin satışının qarşısı alındı

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısını alıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan 1 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Ondan yüksək səs effekləri ilə təchiz olunan külli miqdarda müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Teqlər: