Aprelin 19-u Qusar rayonu, Bədişqala kəndi ərazisində 1982-ci il
təvəllüdlü Marat Yüzbəyov və 1984-cü il təvəllüdlü Sənubər
Yüzbəyovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna
məlumat daxil olub.
Qusar rayon prokurorluğundan AzerTimes-a bildirilib ki, aparılmış
ilkin araşdırmalarla Sənubər Yüzbəyovanın əri Marat Yüzbəyovun
şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı
bıçaqla Sənubər Yüzbəyovaya xəsarət yetirərək qəsdən öldürməsinə,
daha sonra özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən
edilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.