Qusarda intihar hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında Hil kəndində olub.
Bakı şəhərində qeydiyyatda olan, kənddə yaşayan, 29 yaşlı Edqar Məhəmməd oğlu Mahmudovun özünü öldürməsi barədə məlumat səhər saat 6 radələrində Qusar polis şöbəsinin növbətçi hissəsinə daxil olub. Dərhal hadisə yerinə gedən polis və prokurorluq əməkdaşları onun yaşadığı evin qarşısındakı yarım tikilidən özünü asdığını görüblər.
Qusar prokurorluğunda ÇM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. 29 yaşlı Edqarın özünü öldürmə səbəbləri araşdırılır.