Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlu batıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə A.Səlimovun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu A.Səlimovun meyitini tapılaraq aidiyyəti üzrə təhvil verib.