Qusar xəstəxanasının direktoru işdən çıxarıldı

Qusar xəstəxanasının direktoru işdən çıxarıldı

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru Pərviz Məhsimov vəzifəsindən azad edilib.

AzerTimes xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Xəstəxananın İctimaiyyətlə əlaqələr şöbəsindən fakt təsdiqlənib.

Bildirilib ki, P.Məhsimov işdən yol verdiyi nöqsanlara görə çıxarılıb.

Qeyd edək ki, P.Məhsimov ixtisasca cərrahdır. O, bu vəzifəyə 2023-cü ilin noyabr ayında təyin edilmişdi.

Teqlər: