Qusar sakini odlu silahla öldürüldü

Qusar sakini odlu silahla öldürüldü

Qusar rayon sakini qətlə yetirilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun meyiti tapılıb.

Meyitin üzərinə baxış keçirilən zaman onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: