“Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir. Bütün rəqiblərini geridə qoyan Azərbaycan, Çin, Qazaxıstan və Rusiya komandaları müsabiqənin final mərhələsində yarışır.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yarışların bağlanış mərasimində iştirak etmək üçün Moskvada səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev əvvəlcə “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olub.
Hazırda nazir müavini yüksək peşəkarlıq göstərən tankçılarımızın uğurlu çıxışını izləyir.