Türkiyənin məşhur “Qurdlar vadisi” serialının Ərəni, aktyor Kərəm Fırtına millət vəkilliyinə namizəd kimi seçkilərdə iştirak edəcək.
AzerTimes xəbər verir ki, bu haqda o, sosial mediada açıqlama yayıb.
Fırtına Xalqların Demokratik Partiyasının ( HDP) təklifi ilə Yaşıl Sol Partiyasından namizəd olacağını, bundan şərəf duyduğunu bildirib.