Azərbaycanın əməkdar məşqçisi və SSRİ idman ustası Qurbanxan Məhərrəmov vəfat edib.
AzerTimes İqtisadiyyat.az-a istinadla xəbər verir ki, o, 60 yaşında qəfil ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Q.Məhərrəmov 1964-cü ildə Biləsuvar rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İdman Akademiyasında alıb. Dəfələrlə ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda birincilik əldə edib. Tələbələri boks üzrə dünya və Avropa çempionu olub.
Q.Məhərrəmov həmçinin uzun illər Biləsuvar Uşaq-Gənclər İdman Şahmat Məktəbinə rəhbərlik edib.