İsveçrədə “Sürix” və “Qarabağ” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında insident baş verib.
AzerTimes xəbər verir ki, 101-ci dəqiqədə Ramil Şeydayevə qarşı kobudluqdan sonra Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib. Bu isə meydanın sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib və o, 50 yaşlı mütəxəssisin etirazına sərt reaksiya verib. Qurbanov futbolçunu sakitləşdirərək, ona barmağı ilə “Əla” işarəsi göstərib.
“Qarabağ”ın tərcüməçisi Aydın Rüstəmov isə “Sürix”in baş məşqçisi Franko Fodaya yaxınlaşaraq, ona öz iradlarını bildirib və oyunçunun hörmətsizlik etdiyini vurğulayıb.
Qeyd edək ki, hazırda “Sürix” – “Qarabağ” matçında əlavə vaxt oynanılır və hesab bərabərdir – 2:2.