Bakıda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda bir dəqiqəlik sükut ola bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan əvvəl mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis Azərbaycan-Ermənistan sərhəddində dünyasını dəyişən şəhidlərə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib:
“Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər”.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.