Bizim möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Birinci oyundan sonra hamı rəqibin fanatlarından danışırdı. Bizim tərəfdarlar daha möhtəşəmdir. 10 milyon azərbaycanlı bizimlə idi. Bu gün onu hiss etdik.
AzerTimes-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa “Lex”inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
50 yaşlı mütəxəssis Polşa çempionuna qalib gəldiklərini bildirib: “Futbolçular bu oyuna tam hazır idilər. Hər birinə təşəkkür edirəm. Onlar qələbəyə layiq idilər”.