Tək mənim yox, digər mütəxəssislərin də adı milli ilə yanaşı hallanır.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.
“Elə 15 ildir ki, adım hallanır. Hər dəfə belə olub. Müzakirələr də eyni proqram üzrə gedir”, – Q.Qurbanov vurğulayıb.
Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinin son matçında millimiz Belçikaya 5-0 məğlub olduqdan sonra baş məşqçi Canni De Byazi istefaya göndərilib.